Yəhudilər “Qalatasaray”ı başsız qoymaq istəyirlər
12.02.2010 - 17:47
İsrail Futbol Federasiyası mili komandanın baş məşqçisi Dror Kaştana əvəzləyici axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçini istefaya göndərməyə hazırlaşan israillilər artıq bu posta iki namizəd tapıb.
2006-cı ildən yığmada çalışan Kaştanı əcnəbi çalışdırıcı ilə əvəzləmək istəyən futbol başbilənləri Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Frank Raykaardı da gözaltı ediblər. Onlar hollandiyalı çalışdırıcı ilə italiyalı Roberto Donadoni arasında seçim etmək niyyətindədirlər.
Qeyd edək ki, Kaştanın rəhbərliyi altında 19 oyun keçirən İsrail yığması bu qarşılaşmalarda 10 qələbə qazanıb, 4 heç-heçə edib və 5 dəfə məğlub olub. Mütəxəssisin yetirmələri 27 qol vuraraq, 19 dəfə topu öz qapılarından çıxarıblar.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0