İspan klubu Semihi transfer etmək istəyir
13.02.2010 - 00:13
“Fənərbaxça”nın və Türkiyə millisinin hücumçusu Semih Şentürk karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, “Malyorka” 26 yaşlı futbolçunu heyətində görmək arzusundadır. “Fotomaç”ın yazdığına inansaq, Priney təmsilçisi Semih üçün qarşı tərəflə danışıqlara başlamağa hazırlaşır. Məbləğ barəsində açıqlama verilməsə də, adıçəkilən “Malyorka”da “Fənər”də aldığı qədər əməkhaqqı alacağı bildirilir. 2002-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyan Semih cari mövsümdə Superliqada
15 qarşılaşmada rəqib qapılarından 6 top keçirib.
Yeri gəlmişkən, “Fənərbaxça” indi də “Palermo”nun hücumçusu Edison Kavanini hədəfə alıb. “Sarı-lacivərdlilər” “Napoli” və “Yuventus”un da maraq dairəsində olan 22 yaşlı uruqvaylı futbolçu üçün 10 milyon avro xərcləməyə hazırdırlar.
2007-ci ildən “Palermo”nun şərəfini qoruyan Kavani cari mövsümdə A seriyasında
21 oyunda 8 qola imza atıb. O, həmçinin 8 dəfə Uruqvay millisinin formasını geyinib və rəqib qapılarından 1 top keçirib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0