“Bu faktordan maksimum dərəcədə yararlanmalıyıq”
15.02.2010 - 13:36
“Son iki oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Lakin komandamız baxımlı oyun nümayiş etdirdi. “Turan”la son oyunda hava şəraiti və stadionun ot örtüyünün əlverişli olmamağı nəticəyə öz mənfi təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Muğan”ın baş məşqçisi Almir Hurtiç klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının növbəti turunda “Qəbələ”ni qonaq edəcək komanda təmsil etdiyi Salyana yollanıb. Növbəti görüş haqda fikirlərini deyən Hurtiç 3 xalı hədəfə aldıqlarını bildirib: “Komandamız son oyunlarda uduzsa da, qələbə əzmini itirməyib. “Qəbələ” ilə görüşə ruh yüksəkliyi ilə hazırlaşırıq. Mənə elə gəlir ki, lazımi səviyyədə oyun nümayiş etdirsək, 3 xalı aktivimizə yaza bilərik. Ev sahibi olmağımız bizim üçün əlavə üstünlükdür. Düşünürəm ki, bu faktordan maksimum dərəcədə yararlanmalıyıq”.
Qeyd edək ki, “Qəbələ” ilk dövrədə “Muğan”ı evdə böyük hesabla (3:0) yenib.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0