“Bakı”nın sabiq futbolçusu qan tökdü
15.02.2010 - 14:19
Türkiyədə təlim-məşq toplanışında olan Ukraynanın “Karpatı” klubunun düşərgəsində xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, məşq zamanı Lvov təmsilçisinin iki futbolçusu – Sergey Kuznetsov və Vilyam Roşa Batista arasında qalmaqal baş verib. Xırda mübahisə ilə başlayan münaqişə braziliyalı futbolçunun həmkarına kəllə atması ilə nəticələnib. Güclü zərbədən Kuznetsovun burnu qırılıb və iki dişi xəsarət alıb.
Qeyd edək ki, Batista 2008/09 mövsümünün ikinci yarısında "Bakı" klubunda çıxış edərək, Azərbaycan çempionu adını qazanıb. Braziliyalı hücumçu Unibank Premyer Liqasının ötən mövsümü bitən kimi əvvəllər də oynadığı Lvov təmsilçisinə qayıtmışdı.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0