Superliqa klubu yığmamızın futbolçusuna qapını göstərdi
15.02.2010 - 15:18
Azərbaycan yığmasının futbolçusu Daniel Axtyamovun Qazaxıstanın “İrtış” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Superliqada mübarizə aparan Pavlodar təmsilçisi 25 yaşlı hücumçu ilə müqavilə bağlamayıb.
“İrtış”ın baş məşqçisi Talqat Baysufinov Türkiyədəki hazırlığın yekunu ilə bağlı açıqlamasında yeni transferlərə də toxunub: “Təlim-məşq toplanışının sonunda yalnız bir futbolçu ilə müqavilə imzaladıq. Bu, müdafiəçi Maksim Jalmaqambetovdur. Qalanları əvvəlki futbolçularımızdır”.
Qeyd edək ki, ötən il “Simurq”la yollarını ayırdıqdan sonra özünə yeni komanda axtaran Axtyamov buna qədər də “İrtış”da baxışda olsa da, keçidi baş tutmamışdı. Bu dəfə özünü yaxşı tərəfdən göstərməyə çalışan milliləşən futbolçu Türkiyədə yoxlama oyununda qol vurmuşdu.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0