Premyer Liqanın formatı dəyişə bilər
15.02.2010 - 16:01
İngiltərə Premyer Liqasının formatı dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları Çempionlar Liqasına 4-cü vəsiqə üçün pley-off matçlarının keçirilməsini istəyir.
Son illər eyni komandaların – “Mançester Yunayted”, “Çelsi”, “Liverpul” və “Arsenal”ın qitənin ən nüfuzlu yarışında oynamasını görən britaniyalılar digər komandalar üçün də şans yaratmaq fikrindədir. 4-7-ci yerləri tutan komandaların pley-off mərhələsində oynaması həm nisbətən kasıb komandaların bu turnirə yolunu aça biləcəyi, həm də Premyer Liqanın qazanclarının artmasına da təkan verəcəyi gözlənilir. Bu yaxınlarda müzakirəyə çıxarılacaq yeniliyin tətbiqi üçün Premyer Liqanın 20 klubundan 14-ü bunun lehinə səs verməlidir.
Qeyd edək ki, Çempionlar Liqasına vəsiqə üçün pley-off oyunlarının keçirilməsi sistemi Avropada yenilik deyil. Azərbaycan milli komandasının və “Tvente” klubunun futbolçusu Vaqif Cavadovun karyerasını davam etdirdiyi Hollandiyada da belə formatdan istifadə olunur.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0