AFFA: Anar Niyazov bağışlanmayıb!
15.02.2010 - 23:03
“Hakimlikdən ömürlük kənarlaşdırılan Anar Niyazov bağışlanmayıb”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
Ölkə mətbuatında sabiq FİFA referisinin bağışlanması barədə yayılan xəbərləri dezinformasiya adlandıran Nərimanoğlunun sözlərinə görə, AFFA bununla bağlı hər hansı qərar çıxarmayıb.
Xatırladaq ki, bir müddət əvvəl AFFA başçısına müraciət ünvanlayan Niyazov əvvəlcə Abdullayevin AFFA-ya başçılıq etdiyi dövrdə gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən uzun-uzadı bəhs edib. Daha sonra isə gənc olmasını nəzərə alaraq, buraxdığı nöqsanları bağışlamağı xahiş edib. Niyazov Abdullayevdən futbol sahəsinə aid bir işlə təmin olunmasına kömək etməyi istəmişdi.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0