Emin Ağayevi kim xilas etdi?
16.02.2010 - 10:20
Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayevin şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 37 yaşlı müdafiəçinin komandası “Maşuk-KMV” ilə yoxlama görüşündə qüvvəsini sınayıb.
Ağayevin kapitanı olduğu Tver təmsilçisi Kislovodsk şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutan oyundan qolsuz heç-heçə ilə ayrılıb. Start heyətində meydana çıxıb əvəzolunmadan meydanda olan Emin qarşılaşmanın antiqəhrəmanına çevrilməyə yaxın olub. Belə ki, məhz onun qayda pozuntusundan sonra “Volqa”nın qapısına penalti təyin olunub. Lakin tverlilərin qapıçısı zərbəni dəf etməklə, həm komandasını xilas edib, həm də Ağayevin səhvini sığortalayıb.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0