Məmmədov üçün təzyiq, məsuliyyət və məqsəd
17.02.2010 - 00:06
“Muğan”la oyun bizim üçün çox əhəmiyyətlidir. “Altılığ”a düşmək üçün mütləq qalib gəlməliyik. Nəticə qazanmağın vacibliyi təzyiq yaratmaqla yanaşı, məsuliyyətimizi artırır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qələbə” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Unibank Premyer Liqasının XXI turunda bu gün Salyanın “Muğan” klubunun qonağı olacaq qəbələlilər tarixi oyuna çıxacaqlar. Belə ki, “Qəbələ” hesabına növbəti 3 xalı yazacağı halda, axırıncı turun nəticəsindən asılı olmayaraq “altılığ”a düşməsini rəsmiləşdirəcək.
“Muğan”a hörmətlə yanaşdıqlarını bildirən Məmmədovun fikrincə, Azərbaycanda zəif rəqib yoxdur: “Hamısı, elə “Muğan” da gözəl komandalarımızdan biridir. Xüsusilə, son illərdə komandalarımız arasında kəskin səviyyə fərqi yoxdur. Yaxşı oyunla azarkeşlərinin sevimlisinə çevriliblər. Bu mənada bizə Salyanda çox çətin olacaq. “Muğan”ın “altılığ”a düşməməyinin oyuna heç bir dəxili yoxdur. Rəqib də adına görə oynayıb, qələbə qazanmağa çalışacaq. “Altılığ”a düşmək şansımız böyükdür. İnşallah, buna nail olarıq. Bu şansdan maksimum yaralanmalıyıq. Fikrimiz odur ki, məsələni elə bu gün bitirək, son tura saxlamayaq”.
Qeyd edək ki, turnir cədvəlində 6-cı yerdə gedən “Qəbələ” ən yaxın izləyicisi “Simurq”u 4 xal qabaqlayır. Komanda “Muğan”ı ilk dövrədə evdə böyük hesabla yenib (3:0).

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0