Türkiyə yığmasının baş məşqçisi məlum oldu - FOTO
17.02.2010 - 00:28
Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Lent.az-ın "Lig TV"-yə istinadən verdiyi məlumata görə, bu gün Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgenerlə hollandiyalı mütəxəssis Qus Hiddink arasında Belçikada razılıq əldə edilib.
TFF rəsmi imzalama mərasimini fevralın 19-da təşkil etmək istəsə də, Hiddink Rusiya yığması ilə 2010-cu ilin iyununadək müqaviləsinin olması ilə əlaqədar belə bir tədbirin keçirilməsini istəməyib.
Hiddink üçün köməkçi funksiyasını əvvəlki baş məşqçi Fatih Terimə də yardım edən Oğuz Çətinlə yanaşı, Engin İpəkoğlu olacaq. Amma hələlik TFF xəbəri təsdiqləməyib.
Qeyd edək ki, Türkiyə millisi Azərbaycan yığması ilə birgə 2012-ci il Avropa çempionatının A qrupunda yer alıb. Qus Hiddink artıq 2010-cu il dünya çempionatının seçmə mərhələsində Rusiya yığmasının baş məşqçisi kimi Bakıya səfər edib. 2009-cu il oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma heç-heçə ilə nəticələnib - 1:1.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0