Mahir Şükürov ermənilərlə üz-üzə
17.02.2010 - 09:37
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu növbəti təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, qış fasiləsində 3-cü dəfə Türkiyəyə yollanan komanda Antalyanın “Sueno” otelində məskunlaşıb.
28 yaşlı müdafiəçimizin komandası qonşu ölkədə 5 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. “Anji” ilk matçını bu gün Ermənistan çempionu “Banants”a qarşı keçirəcək. Şükürov və yoldaşları ermənilərlə üz-üzə gəldikdən sonra fevralın 20-də Ukraynanın “Krivbass”, 22-də dağılmaq üzrə olan və taleyi hələ də qaranlıq qalan Rusiyanın “Krılya Sovetov”, 26-da isə Özbəkistanın “Lokomotiv” klubu ilə qüvvəsini sınacaq. Təlim-məşq toplanışı çərçivəsində martın 1-də keçirilməsi nəzərdə tutulan son yoxlama oyununda rəqibin kimliyi hələlik bilinmir.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0