Dik Advokat Azərbaycana gəlməsə, 315 min avro itirəcək
17.02.2010 - 10:40
Milli komandamızın 2012-ci il Avropa çempionatının seçmə mərhələsində rəqibi olan Belçika yığmasının baş məşqçisi Dik Advokat 315 min avro ziyana düşə bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli holland mütəxəssis postundan vaxtından əvvəl gedəcəyi halda, Belçika Futbol İttifaqına (BFİ) bu məbləğdə kompensasiya verməli olacaq.
Düzdür, BFİ-nin baş direktoru Jan-Mari Filips Advokatın müqaviləsində əməkdaşlığı vaxtından öncə dayandıracağı halda, hansısa ödənişi verməsi ilə bağlı maddənin olmadığını təsdiqləyib. Ancaq Belçika qanunvericiliyinə görə, əgər işçi bir şirkətdən digərinə keçərsə, ziyan çəkən tərəf məhkəmə instansiyalarına şikayət və qarşı tərəfdən 6-8 aylıq məvacibinə bərabər məbləği tələb edə bilər. Advokatın bir illik məvacibinin yarım milyon avro olduğunu nəzərə alsaq, BFİ ilə müqaviləni pozması halda, verəcəyi kompensasiya maksimum 315 min avro olacaq.
Qeyd edək ki, Avdokat qrupumuzda təqvimin müəyyənləşməsi ilə bağlı fevralın 22-də Almaniyanın Frankfurt şəhərində görüşdə iştirak edəcək.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0