İqor Ponomaryov Bakıda 50 illik yubileyinə hazırlaşır
17.02.2010 - 17:01
Futbol üzrə Azərbaycanın yeganə Olimpiya çempionu İqor Ponomaryov Bakıya gəlib. O, Lent.az-a açıqlamasında Azərbaycana xüsusi dəvətlə gəldiyini bildirib.
İ.Ponomaryov 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunacağını deyib. Yubilyey mərasiminə dövlət xadimləri və idman ictimaiyyətinin nümayəndələrinin qatılacağı gözlənilir. Bakıda nə qədər qalacağını dəqiq bilmədiyini deyən məşhur idmançı səfərin 15 günədək davam edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, İqor Ponomaryov 1988-ci il Seul Yay Olimpiya Oyunlarında SSRİ yığmasının tərkibində qızıl medal qazanıb. O, 1960-cı il fevralın 24-də Bakıda anadan olub. Hazırda İsveçdə yaşayır.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0