Pokora sözlərinə də qənaət etdi
17.02.2010 - 17:34
“Zəif çıxış etdik. Komandamın göstərdiyi oyun məni qane etmədi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Bakının “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib. Unibank Premyer Liqasının XXI turunun “Simurq”la səfər oyunundan 0:2 hesablı məğlubiyyətlə ayrılan paytaxt təmsilçisinin çalışdırıcı komandasının azlıqda daha yaxşı oynadığını düşünür: “Bir futbolçumuzun qırmızı vərəqə alaraq meydandan qovulmasına baxmayaraq, ikinci hissədə daha yaxşı təsir bağışladıq. “Simurq” klubunu qələbə münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram”.
Zaqatalada keçirilən görüşdən sonrakı mətbuat konfransında çıxış edən “Simurq”un baş məşqçisi Roman Pokora isə sözlərə də qənaət edib: “Komandamı qələbə münasibəti ilə təbrik edirəm. "Olimpik-Şüvəlan"a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0