Vaqif Sadıqov: “Atılığ”a çıxmağımız heç də asan olmadı
17.02.2010 - 18:04
“Azərbaycanın ən yaxşı komandalardan birinə qarşı oynadıq və lazım olan nəticə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Unibank Premyer Liqasının XXI turunun mərkəzi oyununda üz-üzə gələn “Neftçi” və “Xəzər-Lənkəran”ın Bakıdakı görüşü də qolsuz heç-heçə ilə nəticələndi. Bu nəticə “ağ-qaralar”ın “altılığ”a düşməsini rəsmiləşdirdiyini nəzərə alsaq, Sadıqovun oyundan sonra sevincini başa düşmək olar. Təcrübəli mütəxəssis bu heç-heçəyə görə sevincini gizlətməyib: “Axı bununla “altılığ”a vəsiqəni təmin etdik. Əlbəttə, mən buna görə çox şadam. Bu ilki təqvimi nəzərə alsaq, buna nail olmaq heç də asan olmadı”.
Qeyd edək ki, qış fasiləsindən sonra “Karvan”ı çıxmaq şərti ilə “altılıq”dakı rəqibləri ilə görüşən “Neftçi” bunadək “Qarabağ” və “Bakı” ilə evdə heç-heçə etmişdi. Sadıqovun komandası son turda lider “İnter”in qonağı olacaq.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0