“Neftçi” və “Karvan” klublarını nə birləşdirir?
18.02.2010 - 10:09
Futbol üzrə Asiya Çellenc kubokunda birinci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şri-Lankada keçirilən turnirdə Unibank Premyer Liqası da təmsil olunub. Belə ki, B qrupunda mübarizə aparan Türkmənistan milli komandasının heyətində Bakının “Neftçi” klubunun futbolçusu Nazar Bayramov da çıxış edir.
28 yaşlı yarımmüdafiəçinin komandası ilk görüşdə Koreya Xalq Demokratik Respublikasını (KXDR) sınağa çəkib. CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin iştirakçısı olan rəqiblə matçda türkmənistanlılar 1 xal qazana biliblər - 1:1.
Özü də matçın qəhrəmanları Yevlaxın “Karvan” klubunun sabiq oyunçuları olub. Məmmədəli Karadanov 36-cı dəqiqədə hesabı açsa da, ikinci hissənin əvvəllərində koreyalılar bərabərlik qolunu vurublar. Matçın 67-ci dəqiqəsində bu qış Yevlax təmsilçisindən ayrılan Ömər Berdıyev “səhnəyə” çıxıb. O, ikinci sarı vərəqə üzündən meydandan qovulub. Digər sabiq “Karvan”lı Berdı Şamuratov, həmçinin Nazar KXDR-la oyunda bütün 90 dəqiqə forma geyinib.
Bayramovun komandası növbəti oyununu fevralın 19-da Hindistana qarşı keçirəcək.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0