Əfran İsmayılova nəyə görə mükafat verildi? - ARAŞDIRMA
18.02.2010 - 16:52
Peşəkar Futbol Liqası və “Unibank”ın birgə keçirdiyi sorğunun nəticələrinə əsasən 2009-cu ilin dekabr ayı üçün ən yaxşı futbolçu seçilmiş Əfran İsmayılovun göstəriciləri məlumdur. Apasport.az saytının hesablamalarına görə, 22 yaşlı yarımmüdafiəçi dekabr ayında “Qarabağ”ın keçirdiyi 5 oyunun hamısında meydana start heyətində çıxıb. Əfran bu matçlarda 436 dəqiqə meydanda olaraq, cəmi 1 qol vurub.
Əslində, hücumameylli yarımmüdafiəçinin komandası dekabrda uğursuz çıxış edib. “Qəbələ” (1:1), “Simurq” (0:0) və “Bakı” (0:0) kimi güclü rəqiblərin heç birinə qalib gələ bilməyən ağdamlıların gücü yalnız autsayderlərə çatıb. Əfranın komandası “Muğan” və “Standard”ı çətinliklə üstələyib: müvafiq olaraq 2:1 və 1:0. Göründüyü kimi, “Qarabağ” 5 oyuna 4 qol vurub. Yarımmüdafiəçinin özü isə Sumqayıtda “Standard”la görüşün qəhrəmanı olub. O vaxt həddən artıq zəif heyətə malik “Standard”a vurulan qol Əfranın ayın oyunçusu seçilməsinə kifayət edib.
Qeyd edək ki, cari mövsümdə 20 matça 4 qola imza atan və 2 sarı vərəqə alan İsmayılov Premyer Liqa tarixində 44 görüşdə 6 dəfə rəqib qapısına yol tapıb.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0