Araz Abdullayevin “Rubin”ə transferi baş tutdu
18.02.2010 - 17:34
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin karyerasını Rusiyada davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AFFA-da keçirilən tədbirdə deyib.
O, 18 yaşlı yarımmüdafiəçinin Rusiyanın “Rubin” klubuna keçidinin həll olunduğunu bildirib. Bakının “Neftçi” klubunda oynayan Araz Kazan təmsilçisinin əvəzedici heyətində oynayacaq. Abdullayev bir müddət əvvəl “Rubin”in heyətində Türkiyədə təlim-məşq toplanışında olub və rusiyalılar onu bəyəniblər. Bundan sonra “Rubin” rəsmiləri Bakıya gələrək, “Neftçi” rəhbərliyi ilə danışıqlar aparıblar. Nəticədə transfer məsələsi həllini tapıb. Araz yaxın günlərdə Kazana yollanacaq.
Qeyd edək ki, Abdullayev Rusiya Premyer Liqası komandalarının əvəzedicilərinin çempionatında ikinci azərbaycanlı olacaq. Kərim Diniyev artıq ötən ildən “Terek”in gənclərdən ibarət komandasının üzvüdür.

- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
0
0