“İlin futbolçusu olmaq istəyirəm”
18.02.2010 - 17:45
“Çox sevinirəm ki, dekabrın ən yaxşı futbolçusu azərbaycanlı oldu. Əvvəl bu adı onun “Qarabağ”dakı komanda yoldaşı Vaqif Cavadov qazanmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O, rəhbərlik etdiyi qurumun və Premyer Liqanın sponsoru Unibankla birgə keçirdiyi “Ayın futbolçusu” mükafatının bu gün təşkil olunan təqdimat mərasimində çıxış edib. Musayev ötən ilin dekabr ayının ən yaxşısı seçilən Əfran İsmayılova karyerasında uğurlar arzulayıb: “Vaqif artıq Avropada Hollandiyanın “Tvente” klubunda çıxış edir. Əfrana sabiq komanda yoldaşı kimi, Avropada oynamağı arzulayıram. Bəzi azərbaycanlı futbolçular müəyyən uğur qazandıqdan sonra inkişafı dayanır. Lakin inanmıram ki, İsmayılov da belə olsun”.
Ayın laureatı isə iddialı çıxışı ilə diqqət çəkib: “PFL-ə, Unibanka və AFFA prezidenti Rövnəq Abdullayevə futbolun inkişafında gördükləri işlərə görə təşəkkür edirəm. Mənim məqsədim təkcə ayın deyil, həm də ilin ən yaxşı futbolçusu seçilməkdir”.

- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
0
0