Evrebe kobud səhvini etiraf etdi
19.02.2010 - 16:11
Norveçli hakim Tom Henninq Evrebe Çempionlar Liqasının 1/8 finalında “Bavariya” və “Fiorentina” arasında keçirilən matçda kobud səhvə yol verdiyini boynuna alıb. Apasport.az saytının məlumatına görə, o, “Bavariya”nın hücumçusu Miroslav Klozenin qələbə qolunu ofsayddan vurduğunu etiraf edib.
“Videotəkrara baxdıqdan sonra və qarşılaşmanın ardından aldığımız məlumatlara əsasən, qolun oyundankənar vəziyyətdən vurulduğunu öyrəndik. Həmin epizodda fit verib, qayda pozuntusunu qeydə almalı idik, amma təəssüf ki, bunu etmədik. Həmişə məndə şübhə yarananda, laynsmanların fikrini öyrənib, qərar verirəm. Bu dəfə isə mənə elə gəldi ki, düzgün qərar çıxarmışam” - deyə Evrebe vurğulayıb.
Ötən mövsüm Çempionlar Liqasının yarımfinalında “Çelsi” - “Barselona” oyununda kobud nöqsanlar buraxan norveçli hakim sonradan rahibə çevrilərək, “Knut ata” adı ilə çağırılıb. “Fiorentina”nın məğlubiyyətində birbaşa məsuliyyət daşıyan Evrebe bundan sonra hakimlik edib-etməyəcəyi barədə bunları deyib: “Hakimliyə davam edəcəyəmmi? Buna cavab vermək çətindir. Hər şey UEFA-nın qərarından asılıdır”.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0