Berti Foqts Araz Abdullayevi yığmadan kənarlaşdırdı
22.02.2010 - 09:56
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın İordaniyada keçiriləcək təlim-məşq toplanışına dəvət olunan Araz Abdullayev heyətdən çıxarılıb. Buna 18 yaşlı yarımmüdafiəçinin Rusiyanın “Rubin” klubunun düşərgəsinə yollanması səbəb olub. Milli komandamızın baş məşqçisi Berti Foqtsun razılığı ilə Araz bu gün başlayan təlim-məşq toplanışından azad olunub.
Qeyd edək ki, yığmamız İordaniyadakı hazırlıq prosesi çərçivəsində fevralın 25-də bu ölkənin milli komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, yığmamız İordaniyadakı hazırlıq prosesi çərçivəsində fevralın 25-də bu ölkənin milli komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0