AFFA və “Xəzər-Lənkəran” arasında qarşıdurma
23.02.2010 - 14:52
AFFA və “Xəzər-Lənkəran” arasında münasibətlər daha da gərginləşdi. Apasport.az saytının məlumatına görə, assosiasiya bu gün Lənkəran komandasını ciddi cəzaya məruz qoyub.
AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda “Xəzər-Lənkəran”ı Unibank Premyer Liqasının son turunda “Karvan”la görüşdə Peşəkar Futbol Liqasının (PFL) təqdim etdiyi reklam bannerini (“Unibank”ın banneri) matçın keçirildiyi stadionda yerləşdirmədiyindən, 2000 manat cərimələyib.
“Xəzər-Lənkəran” PFL-nin baş sponsoru olan “Unibank”ın reklam bannerini XX turda “Qarabağ”la ev oyununda da yerləşdirməmişdi. Bu səbəbdən İntizam Komitəsinin ötən iclasında “Xəzər-Lənkəran”a xəbərdarlıq edilmiş və növbəti ev görüşlərində bu halın təkrarlanacağı halda, kluba qarşı daha sərt sanksiyalar tətbiq olunacağı bildirilmişdi. Qurum bugünkü qərarını 35 nömrəli protokoluna əsasən çıxarıb.
Mənbə: pfl.az

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0