Premyer Liqamızın iştirakçıları Anqolaya gedir
24.02.2010 - 11:24
Unibank Premyer Liqasında iştirak edən üç latviyalı futbolçu Anqolaya gedir. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Andrey Rubinlə hücumçu Girts Karlson (hər ikisi “İnter”) və Zaqatalanın “Simurq” klubunun iki gün öncə yollarını ayırdığı orta sahə oyunçusu Gennadi Solonitsın milli komandaların heyətində Afrikanın ekzotik ölkəsinə yollanacaq.
Latviya FİFA-nın “pəncərəsi”ndə yoldaşlıq görüşü üçün nəzərdə tutulan tarixdə - martın 3-də Anqola yığmasının qonağı olacaq. Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov həmin yoxlama oyunu üçün çağırdığı 19 futbolçunu fevralın 27-də bir araya gətirib, ertəsi Anqolaya üz tutacaqlar.
Qeyd edək ki, Solonitsın məhz yığmanın oyunçusu olduğu üçün “Simurq”un heyətində ikinci “altılıq”da oynamağa razı olmayıb və onunla müqavilə qarşılıqlı razılıqla pozulub. Cari mövsümdə bombardirlər yarışında 8 qolla 2-ci yerdə gedən Karlson son turda “Neftçi” ilə görüşdə sonradan meydana çıxıb, 87-ci dəqiqədə vurduğu qolla komandasına vacib qələbə qazandırıb . Nəticədə “İnter” həm çempionatın ilk mərhələsini lider kimi bitirdi, həm də “altılıq”da “qızıl xallar”a görə mübarizəni ilk pillədə başlayacaq.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0