Fərhad Vəliyev özünü Kamran Ağayevlə müqayisə etdi
24.02.2010 - 17:03
“Bildiyiniz kimi, qarşıda iki yoldaşlıq görüşü keçirməliyik. Sabah İordaniya, martın 3-də isə Lüksemburqla üz-üzə gələcəyik. Bu oyunlara ciddi hazırlaşırıq və məqsədimiz hər iki oyunda yaxşı nəticəyə nail olmaqdır”. Bu sözləri apasport.az saytının İordaniyaya ezam olunan müxbiri ilə söhbətində Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Fərhad Vəliyev deyib.
Milli komandaya canla-başla qoşulduğunu deyən Vəliyevin sözlərinə görə, sahə oyunçuları kimi, qapıçılar arasında da ciddi rəqabət var: “Yığmada 3 qapıçıyıq. Münasibətlərimiz çox yaxşı olsa da, aramızda ciddi rəqabət var. Rəqabət aparırıq ki, hər zaman bizə milli komandada, əsas heyətdə yer versinlər”.
Əməkdaşımızın “Səndən 6 yaş kiçik olan Kamran Ağayevin əvəzləyicisi olmağı necə qəbul edirsən” sualına isə belə cavablandırıb: “Xeyr. Heç bir qapıçı özünü kimdənsə zəif hesab etməz. Kamran özünü yaxşı tərəfdən göstərdiyi üçün qapıda dayanır. Mən də özümü heç kimdən zəif qapıçı saymıram”.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0