Ramazanov: 25 günə 5 qol
24.02.2010 - 17:37
Unibank Premyer Liqasında çıxış edən klubların nəzdində olan əvəzedici komandalar arasında ölkə birinciliyində ilkin mərhələnin sonuncu oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, 19-cu turdan təxirə salınan “Neftçi” – “Bakı” oyunu ilə birinci mərhələyə yekun vurulub. Paytaxt derbisində “ağ-qaralar” 4:2 hesabı ilə qalib gəlib. Bu qələbə ilə 3-cü pillədə möhkəmlənən “Neftçi” rəqibinin 4-cü pilləyə yüksəlməsinə imkan verməyib. Yanvarın 31-də “Neftçi”də debüt edən Ağabala Ramazanov növbəti dəfə diqqət mərkəzinə düşüb. 17 yaşlı hücumçu son 25 gündə keçirdiyi 4 matçda vurduğu qolların sayını 5-ə çatdırıb.
Qeyd edək ki, Ağabala iki dəfə ölkə çempionatının ən yaxşı bombardiri olan Zaur Ramazanovun kiçik qardaşıdır.
"Neftçi" - "Bakı" – 4:2
Qollar: Kamil Nurəhmədov, 7; Azər Məmmədov, 62; Nicat Qurbanov, 63; Ağabala Ramazanov, 71-pen. - Tural Qürbətov, 15; Nurlan Novruzov, 19

1 | "Qarabağ" | 22 | 17 | 3 | 2 | 46-10 | 54 |
2 | "İnter" | 22 | 15 | 4 | 3 | 59-18 | 49 |
3 | "Neftçi" | 22 | 14 | 2 | 6 | 53-19 | 44 |
4 | "Muğan" | 22 | 13 | 1 | 8 | 40-24 | 40 |
5 | "Bakı" | 22 | 12 | 1 | 9 | 43-36 | 37 |
6 | "Qəbələ" | 22 | 12 | 1 | 9 | 40-28 | 37 |
| |||||||
7 | "Xəzər Lənkəran" | 22 | 11 | 3 | 8 | 35-33 | 36 |
8 | "Turan" | 22 | 10 | 3 | 9 | 42-47 | 33 |
9 | "Olimpik-Şüvəlan" | 22 | 6 | 4 | 12 | 25-42 | 22 |
10 | "Simurq" | 22 | 4 | 2 | 16 | 25-60 | 14 |
11 | "Karvan" | 22 | 2 | 4 | 16 | 14-52 | 10 |
12 | "Standard" | 22 | 1 | 2 | 19 | 11-64 | 5 |
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0