Hansı klub çempionatdan çıxarıldı?
25.02.2010 - 14:54
Bolqarıstan Futbol İttifaqı “Botev” klubu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Plovdiv təmsilçisi güclülər dəstəsindən kənarlaşdırılıb. Buna “Botev”in futbolçuların əmək haqlarını və federasiyaya ödənəcək cərimələri verə bilməməsi səbəb olub.
19 futbolçunun maaşlarının verilməməsi ilə bağlı şikayətindən sonra araşdırmaya başlayan qurum klubu üçüncü dəstəyə göndərib. Birinci dövrədən sonra sonuncu pillədə qərarlaşan “Botev” bu həftə start götürən ikinci dövrədə çıxış etməyəcək və onun hər turdakı rəqibinə 3:0 hesablı texniki qələbə veriləcək.
Qeyd edək ki, 1912-ci ildə yaradılan “Botev” tarixi ərzində iki dəfə Bolqarıstan çempionu adını qazanıb.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0