“Josi Bartel” stadionunda Azərbaycan üçün sürpriz
01.03.2010 - 14:29
Lüksemburq yığması martın 3-də Azərbaycan milli komandası ilə oyuna sürpriz hazırlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Quy Hellers yığmamız üçün taktiki yenilik hazırlayıb.
Lüksemburqlu həmkarlarımızın fikrincə, onların komandası hücum futbolu nümayiş etdirməklə çoxlarını təəccübləndirəcək. Dünya çempionatının seçmə mərhələsi ilə müqayisədə tam fərqli oyun göstərəcək meydan sahibləri son iki yoxlama görüşündə də bu yeniliyi sınaqdan çıxarıb. Almaniyanın “Ayntraxt” (Trir) və Fransanın “Mets” klubları ilə görüşlərə əsasən belə qənaətə gələn həmkarlarımız ön xətdəki fəallığın artacağına sevinir. Bütün bunlara baxmayaraq, Lüksemburq millisinin meydana 1, yoxsa 2 hücumçu ilə çıxacağı hələ dəqiqləşməyib. Bu Hellersin neçə mərkəz müdafiəçisinə güvənəcəyindən asılı olacaq.
Qeyd edək ki, martın 3-də “Josi Bartel” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0