Dünyanın ən varlı klubu açıqlandı
02.03.2010 - 11:44
Nüfuzlu “Deloitte” auditor agentliyi dünya futbolunun 20 ən varlı komandasının gəlirlərini dərc edib. Lent.az-ın məlumatına görə, siyahının ilk iki pilləsində İspaniyanın “Real” və “Barselona” klubları yer alıb.
Madrid komandası birinci, onun prinsipial rəqibi isə ikinci sıradadır. Üçüncü mövqeni isə İngiltərə çempionu “Mançester Yunayted” tutur. 2008-ci ilin 30 iyunundan 2009-cu ilin 30 iyununadək “Real” 404,1 milyon avro qazanıb. Bu yay “kral klubu”nun rəhbərliyi dəyişib. Köhnə-yeni prezident Florentino Peres Kriştianu Ronaldu və Kakanı alaraq, yenidən superulduzlar komandası yaratmaq kursunu götürüb.
Çempionlar Liqasının hazırkı sahibi “Barselona”nın illik gəliri 365,9 milyon avro təşkil edib. Bu da 2007-2008-ci il mövsümündəki gəlirdən 76 milyon avro çoxdur. Kataloniya təmsilçisi iki il öncə də bu reytinqdə ikinci yeri tuturdu.
“Mançester Yunayted”in gəliri isə 327 milyon avrodur. Lakin funt sterlinqin avroya qarşı inflyasiyası 7 faiz təşkil etməsəydi, İngiltərə klubu siyahıda ikinci yeri tuta bilərdi.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0