“Bakı” cərimələndi
02.03.2010 - 11:48
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında fasilə yarandığından qurum üzvləri yalnız təxirə salınmış oyunla bağlı qərar çıxarıblar. Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turundan qalan “Neftçi” – “Bakı” matçında cəzalanan qonaqlar olub. Beş futbolçusu sarı vərəqə ilə cəzalanan paytaxtın eyni adlı təmsilçisi 500 manat cərimə olunub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0