“Futbolçu kimi ən böyük arzularımdan biri...”
02.03.2010 - 14:02
“Futbolçu kimi ən böyük arzularımdan biri milli komandanın şərəfini qorumaqdır. Baş məşqçisi Berti Foqts tərəfindən millinin heyətinə ilk dəfə dəvət olunmağımı ömrümün ən xoş anlarından biri hesab edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu ilk dəfə milli komandamıza çağırılan “Neftçi” klubunun yarımmüdafiəçisi Amit Quluzadə deyib.
AFFA-nın saytına açıqlamasında gənc futbolçu bildirib ki, U-21-lə U-19 yığmalarının oyununun Berti Foqts tərəfindən izlənilməsi arzusunun reallaşacağına inamını xeyli artırıb: “O, müsahibələrinin birində sabah millinin heyətini açıqlayacağını deyəndən sonra səhəri böyük səbirsizliklə gözlədim. Səhər məşqindən dərhal sonra AFFA-nın saytına daxil olub, yeni heyətdə adımı görəndə sevincimin həddi-hüdudu olmadı. Tez evdəkilərə zəng edib, sevincimi bölüşdüm. Buna görə baş məşqçi Berti Foqtsa dərin minnətdarlığımı bildirirəm. Çünki bu onu göstərir ki, o, bütün futbolçuların oyununu izləyir. Milliyə yeni dəvət olunan digər futbolçular da bu fikirdədir. Millinin düşərgəsində etdiyim məşqlərin futbolçu karyeramda mühüm əhəmiyyət kəsb edəcəyini əminliklə bildirmək istərdim. Berti Foqtsun tapşırığı ilə U-21-in heyətinə gələrək, burada da özümü göstərməyə çalışacağam”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0