“Xəzər-Lənkəran” ikinci qələbəsini qazandı
02.03.2010 - 17:41
“Xəzər-Lənkəran” klubu Unibank Premyer Liqasında yaranan fasilə müddətində keçirdiyi ikinci yoxlama oyununda da qalib gəlib. Apasport.az saytının məlumatına görə, hazırlığını Bakıda davam etdirən cənub təmsilçisi bu gün Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Sumqayıtın “Standard” klubunu 2:0 hesabı ilə məğlub edib.
Komandadan qolları daha çox ehtiyatda qalan futbolçular – çexiyalı müdafiəçi Tomaş İnemanla yarımmüdafiəçi Ramazan Abbasov vurub.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın ilk yoxlama oyunundakı rəqibi də ilk “altılığ”a düşməyən komanda – “Olimpik-Şüvəlan” idi. Lənkəranlılar “təyyarəçilər”i də 2:0 hesabı ilə yenib.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0