“Neftçi” Sadıqovsuz ilk qələbəsini qazandı
03.03.2010 - 17:32
Bakının “Neftçi” klubu növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Vaqif Sadıqovun istefasından sonra ilk dəfə meydana çıxana bakılılar Ağdamın “Qarabağ” klubunu minimal hesabla məğlub edib – 1:0.
Matçın taleyini həll edən yeganə qolu Samir Əliyev vurub. O görüşün 22-ci dəqiqəsində Qurban Qurbanovun komandasını məyus edib. Baş məşqçi vəzifəsini icra edən Arif Əsədovla Şakir Qəribov cütünün bu gün keçirilən yoldaşlıq oyunundakı debütünün uğurlu alınmasında rəqibin heyətinin də rolu olub. Oyunçularının böyük hissəsi Azərbaycan milli komandasında olan ağdamlılar 4 qat ölkə çempionuna qarşı zəifləmiş vəziyyətdə çıxıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0