Avstriyalı “casus”: Azərbaycan yığması Lüksemburqda əsl simasını göstərmədi
04.03.2010 - 18:30
Avstriyalılar Lüksemburq - Azərbaycan oyununu bəyənməyib. Apasport.az saytının məlumatına görə, Avro-2012-də milli komandamızla bir qrupda yer alan bu ölkənin təmsilçiləri bütün rəqiblərinin qarşılaşmalarına casuslarını göndərib.
Avstriya Futbol Federasiyası Lüksemburq şəhərinin “Joze Bartel” stadionunda keçirilən qarşılaşmaya Yozef Degeorgini ezam edib. Milli komandasında çıxış etdiyi 8 ildə (1982-90) 30 oyun keçirib 1 qol vurun veteran futbolçu indi də kəşfiyyatçı kimi yığmasına xidmət edir: “Ümumiyyətlə, çox zəif oyun izlədim. Bu matçın səviyyəsi regional liqa təsəvvürü oyadırdı. Meydan sahibləri ilk dəqiqələrdən yarım həvəskarları sınayıb, iki axmaq qol buraxdı. Azərbaycan yığması isə üstünlüyə malik olsa da, qol imkanları yarada bilmədi. Onlar 4-2-3-1 sxemi ilə mübarizə aparırdılar. Cəmi 3-4 oyunçuları güclü futbolçu təsiri bağışlayırdı. Digərləri isə texniki cəhətdən zəif idi. Məncə, Azərbaycan yığması əsl simasını göstərmədi. Mən Hollandiyanın “Tvente” klubunun 21 yaşlı futbolçusu Vaqif Cavadovu da iş başında görmədim”.
Qeyd edək ki, millimiz Avstriya yığması ilə ilk oyununu bu il oktyabrın 8-də səfərdə keçirəcək.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0