AFFA FİFA-ya etdiyi müraciətin cavabını gözləyir
05.03.2010 - 13:21
2012-ci ildə keçiriləcək 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsinə ev sahibliyi edəcək ölkənin adı bu ay məlum olacaq. Apasport.az saytının məlumatına görə, mundialın həlledici oyunlarını qəbul etməyə namizədliyini irəli sürənlər arasında AFFA-da var. FİFA-nın milli assosiasiyamızın müraciətini müsbət dəyərləndirib-dəyərləndirməyəcəyi martın sonlarında məlum olacaq.
Qeyd edək ki, futbol tarixində yalnız bir dəfə dünya çempionatının final mərhələsinin oyunları Azərbaycanda keçirilib. Bu da 1985-ci ildə SSRİ-nin tərkibində olduğu vaxt baş verib. 20 yaşlılar arasında dünya birinciliyində Meksika, Paraqvay, Çin və İngiltərənin yer aldığı D qrupunun oyunları Bakı və Sumqayıtda keçirilib. Həmçinin 1/4 finalın Meksika – Nigeriya matçı ölkəmizdə baş tutub.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0