Yığmamız Dubaya yollanır
10.03.2010 - 12:24
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 15-24 mart aralığında gerçəkləşəcək hazırlıq prosesinə 15 futbolçu qatılacaq. Belə ki, baş məşqçi Emil Cabbarov səfərə Elvin Quliyev, Elnur Əhmədov, Emin Kürdov, Elşad Quliyev, Asif Zeynalov, Orxan Məmmədov, İlqar Abdullayev, Əbdül Əliyev, Renat Sultanov, Namiq İsgəndərov, Fərid Atakişiyev, Elnur Zamanov, İlkin Hacıyev, Hikmət Bağırov və İlham Əzizzadəni aparacaq.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0