Reynaldo Rueda: Bizi dünya çempionatına Azərbaycan yola salacaq
11.03.2010 - 11:42
İyunun 5-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Honduras yığmasının dünya çempionatına hazırlıq planının detalları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalıların baş məşqçisi Reynaldo Rueda mundial ərəfəsindəki yoldaşlıq oyunlarının tarixlərinin dəqiqləşdiyini bildirib.
Kolumbiyalı mütəxəssis komandasını CAR-a Azərbaycan millisinin yola salacağını da təsdiqləyib: “Almaniyadakı hazırlıqdan sonra yollanacağımız Avstriyada 3 oyun keçirəcəyik. Əvvəldən 4 qarşılaşmanın mümkünlüyünü düşünürdük. Lakin sonda belə qərara gəldik ki, mayın 27-də Belarus, iyunun 2-də Rumıniya, sonra – ayın 5-də Azərbaycanla görüşək. Bu bizim final mərhələsi ərəfəsində son matçımız olacaq”.
Lakin Rueda təkcə bu matçlarla kifayətlənməyəcəklərini də gizlətməyib. Onun sözlərinə görə, honduraslılar Avropadakı təlim-məşq toplanışınadək boş oturmayacaq: “Martın 21-25-də və aprelin 18-22-də Hondurasda iki hazırlıq prosesi keçirməliyik. Lakin bu toplanışlarda yalnız yerli klublarda çıxış edən futbolçular iştirak edəcək. Dünya çempionatının iştirakçılarını honduraslı azarkeşlər də görmək istəyir. Bu səbəbdən həmin hazırlıqlarda da yoxlama oyunlarında qüvvəmizi sınamaq fikrindəyik. Bu ay Yeni Zelandiya ilə qarşılaşırıq. Gələn ay isə Kosta-Rika və ya Kolumbiya ilə üz-üzə gələcəyik”.

- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
0
0