Bu gün Berti Foqtsun məhkəməsidir
15.03.2010 - 10:07
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts İdman Arbitraj Məhkəməsinə müraciət edib. Apasport.az saytının Nigeriya mətbuatına istinadən məlumatına görə, beynəlxalq idman mübahisələrini həll edən qurum 63 yaşlı mütəxəssisin şikayətinə bu gün baxacaq.
26 ay əvvəl Nigeriya yığmasının baş məşqçi postundan istefaya göndərilən Foqts həmin ölkənin futbol assosiasiyasına qarşı iddia qaldırıb. Almaniyalı çalışdırıcı 4 illik müqavilə bağladığı afrikalılardan 24 milyon Nigeriya narası məbləğində kompensasiya tələb edir. Bu isə 159470,19 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, Foqts 2008-ci ildə keçirilən Afrika Millətlər Kubokundakı uğursuzluqdan sonra Nigeriyada istefaya göndərilmiş və cəmi iki ay sonra Azərbaycan yığmasına baş məşqçi təyin olunmuşdu.

- Ronaldo millinin düşərgəsini tərk etdi - Yığmadakı karyerasını bitirə bilər
- UEFA klublara 31,5 milyon avro ödəyəcək
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
0
0