Hiddink İstanbulda - FOTO
15.03.2010 - 18:39
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink İstanbula gəlib. Lent.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis əvvəlcə Türkiyə Futbol Federasiyasının (TFF) ofisinə baş çəkib.
O, federasiyanın binasında özü üçün ayrılan iş otağı ilə tanış olub. Hiddink Türkiyə futbolu haqda xoş sözlər söyləyib: “Məndən Türkiyəni seçməyimin səbəbini soruşa bilərsiniz. Mən bir yerə gedərkən, hər zaman hisslərimlə hərəkət edirəm. Türkiyəyə gələrkən də belə etdim. Burada çox böyük həvəslə qarşılandığımı gördüm. 2016-cı il Avropa çempionatının Türkiyədə keçirilməsi istiqamətində böyük həvəslə çalışdıqlarını gördüm. Türkiyə futbolunun çox yaxşı durumda olduğunu düşünürəm”.
Qeyd edək ki, Türkiyə yığması 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. Qus Hiddink “ay-ulduzlular”a avqustun 1-dən rəhbərlik edəcək. Onun Rusiya yığması ilə müqaviləsi isə iyunun sonlarında başa çatacaq. Türkiyə millisində işə başlayanadək 64 yaşlı mütəxəssisin Kot-d`İvuar yığması ilə 2010-cu il dünya çempionatına yollanacağı haqda xəbərlər özünü doğrultmayıb. Hiddink Afrika təmsilçisinin 3 aylıq təklifindən imtina edib.

- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0