“Kamran Ağayevin meydana çıxmaması, “Xəzər-Lənkəran” üçün ciddi itki deyil”
17.03.2010 - 00:00
“Kamran Ağayevin zədə üzündən meydana çıxmamasını “Xəzər-Lənkəran” üçün ciddi itki saymıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.
Ölkə kubokunun 1/4 final mərhələsinin “Xəzər-Lənkəran”la cavab görüşü milli komandamızın qapıçılarının üz-üzə gəlməsinə şərait yaradıb. Ancaq Kamran Ağayev yığmamızın Lüksemburqla oyununda zədələndiyindən son 2 qarşılaşmanı kənardan izləyib. Vəliyev yığmada əvəzləyicisi olduğu Ağayevin kubok görüşündə oynamamasına belə münasibət bildirib: “Düzdür, Kamran milli komandanın qapıçısı olsa da, onun yaxşı əvəzləyicisi var. Hər halda, Dmitri Kramarenko da təcrübəli əlcək sahiblərindəndir. Əlbəttə ki, Kamranın meydanda olması daha yaxşı olardı. Ancaq rəqibimizin buna görə ciddi problemi yaşayacağına inanmıram”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0