Devid Bekhemin səsi Finlandiyadan çıxdı
16.03.2010 - 17:15
“Milan”ın və İngiltərə milli komandasının futbolçusu Devid Bekhem Finlandiyaya aparılıb. Apasport.az saytının məlumatına görə, ötən həftə “Kyevo” ilə matçda daban nahiyəsindən zədələnmiş 35 yaşlı yarımmüdafiəçi Skandinaviya yarımadasında cərrahi müdaxiləyə məruz qalıb.
Əməliyyatı aparan Sakari Orava hər şeyin qaydasında olduğunu bildirib: “Əməliyyat yaxşı keçdi. Bekhem sərbəst oturmağı və əsa ilə yeriməyi bacarır”.
Həkim bərpa prosesinə nə qədər vaxt lazım olduğunu açıqlamayıb. Bekhem sabah xəstəxanadan buraxılacaq. Onun yayda keçiriləcək dünya çempionatına İngiltərə yığmasının məşqçisi qismində yollanacağı gözlənilir.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0