Bülənt Korkmaz: İlk oyunda buraxdığımız səhvlərdən nəticə çıxardıq
16.03.2010 - 17:27
“Qələbəni bayram günündə qazanmağımız bizi daha çox sevindirir. Hamını ilin son çərşənbəsi münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Son ölkə çempionu Azərbaycan kuboku uğrunda 1/4 finalda bu gün səfərdə “Standard”la cavab görüşündə 3:1 hesabı ilə qələbə qazanmaqla, ilk yarımfinalçı oldu. Korkmaz bildirib ki, evdə 1:1 hesabı ilə nəticələnən ilk oyundan yaxşı nəticə çıxartmaları öz bəhrəsini verib: “Həmin görüşdə demək olar heç nə edə bilmədik. İlk oyunda buraxdığımız səhvləri ciddi təhlil etdik. Bundan nəticə çıxardıq. Bizə səfərdə mütləq qol vurmaq lazım idi. Buna nail olduq və inamlı qələbə qazandıq. Yarımfinalda da uğurla çıxış etməyə çalışacağıq”.
Qeyd edək ki, “Bakı” yarımfinalda “İnter” – “Neftçi” cütünün qalibi ilə görüşəcək.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0