Azərbaycan çempionunun taleyinə fasilədə aydınlıq gələcək
16.03.2010 - 17:35
Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın püşkatmasının vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, qitənin ən güclü 4 komandası sırasına çıxan Azərbaycan çempionu “Araz”ın yarımfinaldakı rəqibi martın 27-də müəyyənləşəcək.
Təmsilçimizlə yanaşı, Portuqaliyanın “Benfika”, İtaliyanın “Luparense” və İspaniyanın “İntervyu” komandalarının çıxış edəcəyi həlledici mərhələnin püşkü Lissabonun “Estadio da Luj” arenasında atılacaq. Bu tədbir futbol üzrə Portuqaliya çempionatı çərçivəsində keçiriləcək “Benfika” – “Braqa” oyununun fasiləsində keçiriləcək.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0