“Qapımıza vurulan son iki qol məndə şübhə oyatdı”
16.03.2010 - 17:57
“Qapımıza vurulan son iki qol məndə şübhə oyatdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sumqayıtın “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Azərbaycan kubokunun ¼ finalında “Bakı” ilə səfərdə 1:1 hesablı heç-heçə edən autsayder yarımfinala çıxmaq üçün yaxşı imkan qazanmışdı. Ancaq sumqayıtlılar evdəki cavab görüşündə yalnız sonda qol vurmaqla, meydanı 1:3 hesablı məğlubiyyətlə tərk etdi.
Hakimlikdən narazı qalan Hacıyev qayda pozuntularının olduğunu güman edir: “Mənə elə gəldi ki, qapımıza vurulan ikinci və üçüncü qol zamanı ofsayd var idi. Bunu aydınlaşdırmaq üçün həmin epizodların təkrarını görə bilmədim. Çünki onlar kadrdan kənarda qalmışdı. “Bakı”nın uğuruna kölgə salmıram. Keçmiş komandamı yarımfinala çıxmaq münasibətilə təbrik edirəm. “Bakı”ya rəhbərlik tərəfindən hərtərəfli dəstək var”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0