Soyunub-geyinmə otağına qumbara atdılar
17.03.2010 - 10:43
Braziliya futbolunda xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Kanadense” və “Vilya Nova” klublarının qarşılaşmasından sonra faciə yaşanıb. Mərkəzi Braziliyada keçirilən qarşılaşmada qonaqların qələbəsi tamaşaçıları o dərəcədə qəzəbləndirib ki, onlar vəhşilikdən də çəkinməyiblər. Matç bitən kimi futbolçuların əlbəyaxa olmasına biganə qalmayan azarkeşlər öncə meydana axışıblar. Dava-dalaşla kifayətlənməyən fanatlar qarşılaşmadan sonra qonaq komandanın soyunub-geyinmə otağına qumbara atıblar. Partlayışdan sonra bir futbolçu yaralanıb. Bundan başqa şəhər rəhbərliyinin bir nümayəndəsi də xəsarət alıb.
Qeyd edək ki, Braziliyanın Qoyas ştatının birinciliyi olan Qoyano çempionatının 14-cü turunun oyununda “Vila Nova” 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Braziliyanın Qoyas ştatının birinciliyi olan Qoyano çempionatının 14-cü turunun oyununda “Vila Nova” 2:1 hesabı ilə qələbə qazanıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0