Semih Şəntürk “Qalatasaray”a keçir
17.03.2010 - 11:00
“Fənərbaxça”nın futbolçusu Semih Şəntürkün artıq mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə hörə, “sarı-lacivərd” komandanın ondan xəbərsiz müqavilənin müddətinin artırılmasına etiraz edən futbolçu Türkiyə Futbol Federasiyasına şikayət edib. Öz növbəsində TFF Semih Şəntürkün iddiasını təmin edərək, mövsümün sonunda ona azad agent statusu verəcək. 11 il “Fənərbaxça”da forma geyinən 27 yaşlı Semihin artıq “Qalatasaray” nümayəndələri ilə görüşdüyünü və gələn mövsümdən etibarən bu klubun formasını geyinəcəyi bildirilir.
Semih Şəntürk bu mövsüm Türkiyə Superliqasının 16 matçında meydana çıxıb, 9 qol vurub.
Semih Şəntürk bu mövsüm Türkiyə Superliqasının 16 matçında meydana çıxıb, 9 qol vurub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0