Mərkəzi arenanın işıq sistemini sökürlər
19.03.2010 - 11:45
“Ötən il Bakıda İspaniyaya qarşı keçirilən yoxlama oyunundan öncə Tofiq Bəhramov adına Respublika Stadionunda müəyyən yenidənqurma işləri həyata keçirmişdik. Yeni qaçış cığırlarının salınması və tablonun quraşdırılması məhz həmin ərəfəyə təsadüf edib. Təbii, stadionla bağlı yeni planlarımız var. İnşallah, mərkəzi arenanı sayılıb-seçilən stadionlar sırasına daxil edəcəyik”.
Bu sözləri apasport.az saytına açıqlamasında mərkəzi arenanın direktoru Akif İsmayılov deyib. İsmayılov bildirib ki, 20 gündən sonra növbəti yenidənqurma işlərinə başlanacaq: “İnşallah, 20 gündən sonra növbəti işə başlayacağıq. Stadionun işıq sistemini yeniləyəcəyik. Daha gur projektorlar quraşdırılacaq. Eyni zamanda bir neçə generatorun alınması da nəzərdə tutulub. Məncə, bu, stadionun ümumi görünüşünü gözəlləşdirəcək. Stadionun ətrafına yeni asfalt da döşənəcək”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0