“Qalatasaray” Arda Turanı “Arsenal”a satmadı
19.03.2010 - 12:04
Londonun “Arsenal” klubunun istedadlı türkiyəli futbolçu Arda Turanı transfer etmək istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” 23 yaşlı kapitanının satışı ilə bağlı ingilislərin təklifini rədd edib.
Arda bir müddət öncə İngiltərə Premyer Liqasında, konkret “Liverpul” klubunda çıxış etmək istədiyini bildirmişdi. Milli komandasının heyətində bürünc medal qazandığı Avro-2008-də uğurlu çıxışdan sonra daha çox diqqət mərkəzində olan Turanı Avropanın bir sıra aparıcı klubları öz heyətində görməyi arzulayır. “Qalatasaray” hücuma meylli yarımmüdafiəçisinin satışından 9 milyon funt sterlinq qazanmaq istəyir.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0