AFFA-dan şok qərar: Vüsal Əliyev səhvdir!
19.03.2010 - 13:54
FİFA referisi Vüsal Əliyevin Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsi çərçivəsində “Xəzər-Lənkəran” - “Qarabağ” (1:0) görüşündə kobud səhv buraxdığı müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu gün keçirilmiş AFFA-nın İntizam Komitəsinin iclasında 40 yaşlı hakimin nöqsana yol verdiyi üzə çıxıb.
Əliyev “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqovu 87-ci dəqiqədə meydandan qovub. Lakin matçın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edilib və bu səbəbdən oyunçuya göstərilmiş qırmızı vərəqə sarı vərəqə ilə əvəzlənib. Hakimlər Komitəsi Vüsal Əliyevin idarəçiliyi haqqında lazımi ölçü götürəcək.
Həmin oyunda birinci qırmızı vərəqəni almış “Qarabağ”lı Elnur Allahverdiyev isə hakimləri təhqir etdiyinə görə 2 oyunluq diskvalifikasiya edilib, onun klubu 2000 manat cərimələnib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0