Berti Foqts Kamerunla oynamaq istəyir
19.03.2010 - 14:52
Azərbaycan və Moldova futbol yığmaları arasında bu il mayın 26-da Avstriyanın İnsburk şəhərində keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb moldovalıların planlarının dəyişməsidir. Onlar öncə Avstriyada təlim-məşq toplanışı keçmək istəsələr də, sonradan fikirlərindən daşınıblar.
Buna baxmayaraq, Berti Foqtsun yetirmələri mayın 26-da iş başında ola bilərlər. Hazırda AFFA rəhbərliyi yayda dünya çempionatının iştirakçısı olacaq Kamerun yığması ilə danışıqlar aparır.
Qeyd edək ki, milli komandamız Avstriyada mayın 29-da Makedoniya, iyunun 2-də isə Hondurasla yoldaşlıq görüşünə çıxacaq.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0