Ağasəlim Mircavadov: Sxadadze penalti istəyirdi, bu da penalti
21.03.2010 - 19:26
Unibank Premyer Liqasının XXIV turuna "İnter" - "Xəzər Lənkəran" oyunu ilə yekun vuruldu. Apasport.az saytının xəbərinə görə, rəqibini baş hakim Fariz Yusifovun təyin etdiyi şübhəli penalti sayəsində 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlinin lideri oldu.
Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ağasəlim Mircavadov qısa danışıb: “Sxadadze bu oyuna qədər onların xeyrinə penalti verilməməsindən şikayətlənirdi. Bu da penalti”.
Sxadadze isə bildirib ki, qarşılaşma maraqlı alınıb: “Oyun boyu rəqibdən üstün oynadıq. Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Bu oyunlarda da uğur qazanmağa çalışacağıq”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0